Ukraynalı general real təklif vermişdi, qovdular - Sparts Dünya

Ukraynalı general real təklif vermişdi, qovdular - Sparts

Ukraynada ümumi səfərbərliyə ehtiyac var.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının İndiana ştatından olan respublikaçı üzvü, Ukraynada doğulmuş Viktoriya Sparts deyib.

“Bütün ölkəni hərbi xəttə keçirməlisiniz. Bunun iki il öncə, generallardan biri uzun müddət cəbhə xəttində olanları əvəz etmək üçün qəbulu artırmaq və onlara təlim keçməyi təklif edəndə edilməli idi”, - deyə o bildirib.

Sparts generalın adını açıqlamayıb və bildirib ki, həmin şəxs artıq qovulub və onun yerinə ölkəni real olaraq müharibəyə hazırlamayan “marionet” təyin edilib.