Gürcüstan parlamentində "qırmızı" səviyyə elan edildi Dünya

Gürcüstan parlamentində "qırmızı" səviyyə elan edildi

Noyabrın 29-dan Gürcüstan parlamentində ən yüksək “qırmızı” təhlükəsizlik səviyyəsi qüvvəyə minəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətinin bəyanatında deyilir.

“Qırmızı” təhlükəsizlik səviyyəsi parlament aparatının rəhbəri və deputatların özləri tərəfindən icazə verilən şəxslərdən başqa hər kəsin parlament binasına girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Gələn həftə Gürcüstan parlamenti ölkənin 2024-cü il dövlət büdcəsinə dəyişikliklər və 2025-ci il dövlət büdcəsinin təsdiqi məsələsinə baxmağa başlayacaq”.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.