Ermənistanda növbəti istefa: Karapetyan da getdi Dünya

Ermənistanda növbəti istefa: Karapetyan da getdi

Ermənistan ədliyyə nazirinin müavini Karen Karapetyan postundan istefa verib.

Xalqcebhesi.az erməni mediasına istinadən bildirir ki, Karapetyan istefası ilə bağlı bəyanat yayıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistanda bir sıra yüksək vəzifəli məmurlar gecə ilə istefa ərizəsi yazmışdılar.