Hakan Fidan Lavrovla Suriyadan danışdı Dünya

Hakan Fidan Lavrovla Suriyadan danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, iki nazir danışıq zamanı bölgədə baş verən son hadisələr, Suriyada müharibənin sona çatdırılması və sülhün təmin edilməsi məqsədilə 2017-ci ildən etibarən başlanan diplomatik danışıqlarını əhatə edən Astana Prosesi ətrafında fikir mübadiləsi aparıblar.