Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir Dünya

Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.

Xalqcebhesi.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.

Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.

Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.

Əldə olunan məlumata görə Tbilisidə Gürcüstan parlamenti yaxınlığında müxalifətin mitinqinin keçirildiyi ərazinin yaxınlığında polisin xüsusi texnikası, o cümlədən su şırnaqları cəmlənib.

Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.