Mirzoyan BCM-in tədbirində iştirak edəcək - İlk dəfə Dünya

Mirzoyan BCM-in tədbirində iştirak edəcək - İlk dəfə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığına işgüzar səfər edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, fevralda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra nazir Mirzoyan ilk dəfə olaraq Haaqada BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, BCM 17 martda Ermənistanın strateji müttəfiqi Rusiyanın lideri Putin haqda həbs qərarı çıxarıb. Ermənistan isə bu qərardan sonra Roma Statutunu ratifikasiya edib.