İngiltərə, ABŞ, Fransa və Almaniya Suriyada gərginliyin azaldılmasına ehtiyac olduğunu açıqlayıb Dünya

İngiltərə, ABŞ, Fransa və Almaniya Suriyada gərginliyin azaldılmasına ehtiyac olduğunu açıqlayıb

Berlin, Vaşinqton, London və Paris hesab edir ki, Suriyadakı bütün tərəflər gərginliyi azaltmağa, eləcə də mülki əhalinin təhlükəsizliyini təmin etməyə çalışmalıdır.

Bu barədə Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın bazar günü Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir.

"Biz Suriyada baş verən hadisələri diqqətlə izləyirik və bütün tərəfləri daha çox yerdəyişmənin və humanitar yardıma girişin məhdudlaşdırılmasının qarşısını almaq üçün gərginliyi azaltmağa və mülki şəxsləri və infrastrukturu qorumağa çağırırıq. Hazırkı eskalasiya yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriyanın rəhbərliyi ilə münaqişənin təcili siyasi həllinin zəruriliyini vurğulayır”, - sənəddə qeyd olunur.

Cavid