Meksikada kafedə atışma nəticəsində 8 nəfər ölüb Dünya 2 Dekabr 2024 08:08 1 330 Meksikanın Quanaxuato şəhərində kafe və mağazalarda atışma nəticəsində 8 nəfər həlak olub. Bu barədə “N+” telekanalı məlumat yayıb. Hücum zamanı atəş açan naməlum şəxslər daha iki nəfəri yaralayıb. Hadisənin səbəbləri açıqlanmayıb.