Kreml: Rusiya Gürcüstandakı proseslərə qarışmaq fikrində deyil Dünya

Kreml: Rusiya Gürcüstandakı proseslərə qarışmaq fikrində deyil

Rusiya Gürcüstandakı proseslərə qarışmaq fikrində deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda baş verənlər bu ölkənin daxili işidir.

Kremlin sözçüsü vurğulayıb ki, Gürcüstanda vəziyyəti sarsıtmaq cəhdləri var və hakimiyyət vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.

Peskov Gürcüstandakı hadisələrin Ukrayna “Maydanı” ilə oxşarlığına da diqqət çəkib.