Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib Dünya

Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

Litva “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, rəsmi Vilnüs İvanaşvili ilə yanaşı Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə də qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, ötən gün Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Litva, Latviya və Estoniyanın Gürcüstanda etiraz aksiyalarının yatırılmasının təşkilatçılarına qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlamışdı.