Ər-Riyadda metro istifadəyə verilib Dünya
- 17:27
- 504
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro fəaliyyətə başlayıb.
Xalqcebhesi.az “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, metropolitenin birinci mərhələsində altı xətdən üçü açılıb. Birinci xətt (38 kilometr) şəhərin şimalından cənubuna, ikinci xətt (29 kilometr) mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanır, üçüncü xətt (30 kilometr) isə şimal və şimal-şərqdəki rayonları birləşdirir.
Metronun ötən həftə keçirilmiş açılış mərasimində Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud çıxış edib. Layihə vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə “Vision 2030” strategiyası çərçivəsində həyata keçirilir.
Dekabrın 15-də qərbdən şərqə doğru uzanan dördüncü (25 kilometr) və şəhərin mərkəzindən keçən beşinci (13 kilometr) xəttin açılışı gözlənilir. 2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələ Ər-Riyadın qərbindən şərqinə uzanan altıncı xəttin (41 kilometr) işə salınmasını nəzərdə tutur.
Telekanalın məlumatına görə, metro xətlərinin ümumi uzunluğu 176 kilometr olacaq və gündə 3,6 milyondan çox sərnişin dövriyyəsi həyata keçirəcək.
Səudiyyə Ərəbistanı xarici turist axınını 2023-cü ildəki 27 milyondan 2030-cu iki dəfədən çox artıraraq 70 milyona çatdırmağı hədəfləyir. Növbəti on il ərzində turizm infrastrukturunun inkişafına 1 trilyon dollara yaxın investisiya qoyuluşu planlaşdırılır. Turizm sektorunun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft ixracından asılılığının azaldılması səylərinin bir hissəsidir.
-
İstəyirik ki, müharibəni bu tarixdə bitirək - Zelenski
-
Bakı ilə Tiflis arasında məsləhətləşmə: protokol imzalandı
-
Pezeşkian Putinə zəng etdi: Türkiyənin iştirakı ilə...
-
Heç bir danışıq olmayacaq - Kobaxidze
-
Bu şəxslərin diplomu tanınmışdı - ləğv edildi
-
Suriyaya yardıma hazırıq, gedişatı diqqətlə izləyirəm
-
Qüvvədən düşən COP29 zolaqları... - Siyahı
-
Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır
-
Tanınmış şirkətdən endirimli aviabilet kampaniyası
-
Şəhidlərə həsr edilmiş kitablar MEK-ə təqdim olunub
-
Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı
-
Bu kafenin fəaliyyəti məhdudlaşdırıldı, cərimə yazıldı
-
Nyu Yorkdan uçan təyyarə məcburi Moskvaya eniş etdi
-
Ukrayna ərazi güzəştlərinə gedə bilər - Stoltenberq
-
Bu öklə Fransa ilə hərbi əməkdaşlığı ləğv etdi: 66 il sonra...
-
Binə Atçılıq yaşayış massivində işıq kəsiləcək
-
Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu
-
Havvaxanım Rüstəmovanın məhkəməsi başlayır
-
Polis atəş nəticəsində öldü
-
Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub
-
Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar
-
"Qarabağ"a 2 qol vuran futbolçu Fransada qarət edildi
-
Ər-Riyadda metro istifadəyə verilib
-
1013-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
-
Mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı müşavirələr keçirilib
-
Astarada yeniyetmənin meyiti tapılıb
-
Litvadan sonra Estoniya da İvanişviliyə sanksiya tətbiq edib
-
Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı məlum olub
-
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
-
Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib
-
BMU-nun tələbəsi cüdo üzrə Azərbaycan çempionatında II yeri tutub
-
Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb
-
İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubunda əməliyyat keçirib
-
Seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin formatı dəyişir
-
MSK sədri: Bələdiyyə seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçi dəvət edilməyəcək
-
Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
-
Siyarto Rusiyaya səfər etdi
-
“Əsəd rejimi Tehrana ona görə lazımdır ki...”
-
“Bu elə Avropa İttifaqının təşəbbüsü idi”-politoloq
-
ABŞ prezidentinin xüsusi nümayəndəsi: İsrail Livanla atəşkəs razılaşmasını pozur
-
685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək
-
İndiyə qədər 9 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
-
Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək
-
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib
-
ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
-
Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb
-
Orqan musiqisini sevənlər üçün iki konsert proqramı təqdim olunacaq
-
Azərbaycanın U-19 millisi seçmə mərhələdə çıxışını başa vurub
-
Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib
-
ASELSAN ilə SSB arasında 14,8 milyon dollarlıq müqavilə bağlanıb
-
“Ermənistan tərəfi danışıqlar gündəliyini qəbul etmir”
-
Kiməsə ağız açmağı xoşlamayan professor...
-
Türkiyə XİN rəhbəri Suriyada müxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb
-
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət istiqamətləri genişləndirilib
-
Azad edilmiş ərazilərdə noyabrda 541 mina, 2274 PHS aşkarlanıb
-
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib
-
İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
-
“Qərb bütün gücü ilə çalışır ki, Gürcüstan Qərbin təsir zonasında qalsın”
-
“Bu, Qərbin təhlükəli siyasətidir”