

18 Aprel 19:52
Münaqişəyə son vermək üçün Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür.
Xalqcebhesi.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib.
Rusiyanın nəzarət etdiyi əraziləri yaxın vaxtda geri qaytarmağın mümkün olmadığını deyən Stoltenberq atəşkəsin əldə olunmasından sonra Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı olacağını vurğulayıb:
"Bu, yalnız Ukraynanın nəzarət etdiyi ərazi hüdudları daxilində mümkündür".