Ərdoğandan Suriya açıqlaması: Diqqətlə izləyirik! Dünya

Ərdoğandan Suriya açıqlaması: Diqqətlə izləyirik!

Suriyadakı hadisələri diqqətlə izləyirik.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan monteneqrolu həmkarı Yakov Milatoviç ilə mətbuat konfransında bildirib.

“Türkiyə Suriya böhranının ölkənin ərazi bütövlüyü, milli birliyinin qorunması və xalqın tələbləri əsasında həll olunacağına ümid edir”, - Ərdoğan qeyd edib.