İlham Əliyev də, mən də bundan narahatıq - Putin
2 Dekabr 22:39
2 Dekabr 22:39
2 Dekabr 16:53
2 Dekabr 16:44
2 Dekabr 15:08
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov paytaxt Moskvada Rusiyaya səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xalqcebhesi.az-ın Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbərinə görə, görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov bildirib ki, Macarıstan administrasiyası öz maraqlarına uyğun müstəqil siyasət yürüdür. Ukrayna böhranına toxunan Lavrov, bu böhranın həlli üçün əsas səbəblərin aradan qaldırılması lazım olduğunu ifadə edərək, "Səbəblərdən biri NATO-nun Şərqə doğru irəliləyərək Ukraynanı özünə çəkməyə çalışmasıdır. Bu, Rusiya sərhədlərində hərbi təhlükə yaradır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya daxil olmasının qəbuledilməz olduğunu söylədi. Biz buna icazə verməyəcəyik" deyə bildirib.