Kiyevdən Tiflis aksiyalarına reaksiya: “Belarus ssenarisi”... Dünya

Kiyevdən Tiflis aksiyalarına reaksiya: “Belarus ssenarisi”...

Ukrayna Gürcüstanda insan haqlarının pozulmasını və dinc nümayişçilərə qarşı güc tətbiqini pisləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Ukrayna XİN rəsmi Tiflisi vətəndaşların dinc etiraz hüququna hörmət etməyə və Kiyevi daxili proseslərə sürükləməyə son qoymağa çağırıb.

Bundan əlavə, “mifik Ukrayna ssenarisi” ilə bağlı ritorika rədd edilib və Gürcüstan hakimiyyətinin “Belarus ssenarisi”ni xatırladan hərəkətləri tənqid edilib.