Ərdoğanla Putin danışdı? – Peskov “silinən xəbər” haqda… Dünya

Ərdoğanla Putin danışdı? – Peskov “silinən xəbər” haqda…

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı hadisələrlə bağlı yeni telefon danışığı hələ planlaşdırılmır.

Xalqcebhesi.az xəbər verir ki. bu sözləri TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bir neçə dəqiqə öncə Ərdoğanla Putin arasında telefon danışığının baş tutması barədə bəzi xarici media qurumlarında yayılan xəbərlər qısa müddətdən sonra silinib.

İran Prezidenti Pezeşkian Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı bu ölkənin Prezidenti Bəşər Əsəd, İraq Baş naziri Məhəmməd Sudani, o cümlədən Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

İran XİN başçısı da rus, türk və iraqlı həmkarı ilə danışıb, daha sonra isə Dəməşqə və Ankaraya səfər edib. Türkiyə və Rusiya XİN başçıları da bu mövzuda müzakirə aparıb.

Xatırladaq ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gündür hücuma keçərək, Hələb və İdlib şəhərlərini və bir neçə hərbi bazanı, o cümlədən onlarla kənd və qəsəbəni ələ keçirib.