Ukrayna müharibənin davamı üçün 120 milyard istəyir Dünya

Ukrayna müharibənin davamı üçün 120 milyard istəyir

Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün ən azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-dakı məlumatlı hərbi mənbənin ANSA-ya verdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, bu, alyansın Vaşinqtonda keçirilən sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur.

Onun sözlərinə görə, bu məsələ çərşənbə axşamı Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.

Mənbə onu da bildirib ki, Kiyevin G7 ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ayırmağa razılaşdığı 50 milyard dolları nəzərə alıb-almadığı hələlik bəlli deyil.