Rusiya Suriya ordusuna kömək etməyə məcbur olub Dünya

Rusiya Suriya ordusuna kömək etməyə məcbur olub

Suriyada vəziyyətin gərginləşməsində maraqlı tərəflərlər haqqında müxtəlif fikirlər var. Heç şübhəsiz ki, bu proses də qlobal dünya bölgüsünün elementidir. Yaxın Şərqdə İsrail - HƏMAS, Livan arasında atəşkəsin əldə olunmasından dərhal sonra Suriyada Bəşər Əsəd rejiminə qarşı silahlı birləşmələrin hücuma keçməsi heç də təsadüfi deyil.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

"Əlbəttə ki, İsrailin yeni güc toplaması, İrana aid proksi qüvvələrin bərpası üçün və eləcə də İsrailin müharibəsinə qarşı beynəlxalq birliyin təzyiqlərini, hüquqi məhdudiyyətləri dəf etmək üçün atəşkəs zərurətə çevrilmişdi. Ancaq regionda-Yaxın Şərqdə müharibə davam etməli idi və yeni, ancaq ehtiyat ocağın alovlanacağı gözlənilən idi" - o, qeyd edib.

Politoloq bildirib ki, İran və Rusiya Suriyada da eyni mövqedən çıxış edir. Bu günlərdə İran prezidenti Pezeşkian və Rusiya prezidentləri arasında Suriyadakı vəziyyəti müzakirə etməsi də məhz prosesin nəzarətdən kənar baş verdiyinin əlamətidir. Rusiya və İranın Suriyada hərbi mövcudluğu üçün nisbi sabitlik, nisbi sülh ən optimal variantdır. Həmçinin, İsrailin faktiki olaraq İrana aid qüvvələrə, siyasi lider və yüksək rütbəli hərbiçilərə qarşı uğurlu hərbi əməliyyatları İranı yeni gərginliyə və iştirakçıya çevrilməsində maraqlı olması az ehtimal edilir".

Onun sözlərinə görə, Rusiya isə Suriyada münaqişənin yenidən avlovlanmasında ən az maraqlı tərəfdir. Ona görə ki, Rusiya Ukraynada apardığı ağır müharibədə və verilən məlumatlara görə tərəflərin qarşılıqlı yeni hücuma hazırlaşdığı bir dövrdə hərbi gücünü parçalamaqda maraqlı ola bilməz. Artıq Rusiya hərbi hava qüvvələri Suriya ordusuna kömək etməyə məcbur olub.

Cavid