Zurabişvili aksiyalara müdaxilə edən polis xüsusitəyinatlılarının narkotikin təsiri altında olduğunu iddia edib Dünya

Zurabişvili aksiyalara müdaxilə edən polis xüsusitəyinatlılarının narkotikin təsiri altında olduğunu iddia edib

Gürcüstan Prezidenti Salome Zurabişvili aksiyalara müdaxilə edən polis xüsusitəyinatlılarının narkotik vasitələrin təsiri altında olduğunu iddia edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili bu barədə Fransa mətbuatına açıqlamasında bildirib. O, xüsusitəyinatlıların artıq 5-ci gecədir ki, aksiyaları qəddarcasına dağıtdığını, onlara “amfetamin” verildiyini deyib.

“Bu gün biz narkotik vasitələrin təsiri altında olan xüsusitəyinatlılar tərəfindən həyata keçirilən Rusiya repressiyasına şahid oluruq. Onların qəddarlığı bunu göstərir. Onlara müqavimətli olmaları üçün “amfetamin” ya da başqa bir maddə verilir, çünki artıq beşinci gündür ki, bu davam edir”, - Zurabişvili bildirib.