NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib Dünya

NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib

Zorakılıq xəbərləri çox narahat edir və mən bunu birmənalı şəkildə pisləyirəm. Mən Gürcüstan hökumətini sülh və sabitliyin təşviqi üçün hər şeyi etməyə çağırıram və hesab edirəm ki, bu, bütün gürcülərin marağındadır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Bunu NATO-nun baş katibi Mark Rutte Gürcüstanda gedən proseslərlə bağlı sualı cavablandırarkən deyib.

“Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülh və rifahımızın əsasıdır. Bütün müttəfiqlər Gürcüstanda demokratiyaya xələl gətirən, demokratiyanın inkişafına, ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasına xələl gətirən istənilən hərəkətdən çəkinilməli olduğunu açıq şəkildə bəyan ediblər” - deyə Mark Rutte bildirib.