Cənubi Koreya Prezidentindən hərbi vəziyyətlə bağlı açıqlama Dünya

Cənubi Koreya Prezidentindən hərbi vəziyyətlə bağlı açıqlama

Xalqcebhesi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol YTN televiziyasına verdiyi açıqlamada hərbi vəziyyətin elan edildiyini açıqlayıb. Yeol qərarının səbəbi kimi ölkəni kommunist qüvvələrdən qoruduğunu göstərib. O, hərbi vəziyyətin Cənubi Koreyanı Şimali Koreyanın kommunist qüvvələrinin təhdidlərindən qorumaq və dövlət əleyhinə olan ünsürləri aradan qaldırmaq üçün elan edildiyini açıqlayıb.
Cənubi Koreya Prezidenti müxalifəti dövlət əleyhinə fəaliyyətlə məşğul olmaqda ittiham edərək ölkədə fövqəladə vəziyyət elan edib.