Türkiyədə 4.6 maqnitudalı zəlzələ olub Dünya

Türkiyədə 4.6 maqnitudalı zəlzələ olub

Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.