2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
4 Dekabr 23:28
4 Dekabr 23:08
Saxta içkidən zəhərlənmə və əməliyyatların davam etdiyi İstanbulda ölənlərin sayı 17-yə yüksəlib.
Xalqcəbhəsi.az-ın Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbərinə görə, Bakırköy, Bəyoğlu, Əsənyurd, Fatih, Kağıthanə, Sultanqazi, Şişli, Ümraniyə və Üsküdarda saxta içki alıb istifadə edən 17 nəfər həyatını itirib. Həmçinin xəstəxanalara aparılan 22 nəfərin müalicəsinin davam etdiyi, 7 nəfərin isə evə buraxıldığı qeyd edilib.
İstanbul Təhlükəsizlik Müdirliyinin ölüm və zəhərlənmələrin baş verdiyi 9 ayrı rayonda təşkil edilən ardıcıl əməliyyatlarda həyatını itirən və ya zəhərlənən insanlara saxta içki satdığı aşkarlanan 19 nəfəri saxlayıb. Saxta içki satan 8 nəfər tutularaq həbsxanaya salınıb. Digər şübhəlilər isə “Məhkəmə Nəzarəti” qərarı ilə həbssiz mühakimə olunaraq sərbəst buraxılıblar.