NATO Baş katibi: Rusiya-Ukrayna müharibəsində cəbhə xətti qərbə doğru genişlənir Dünya

NATO Baş katibi: Rusiya-Ukrayna müharibəsində cəbhə xətti qərbə doğru genişlənir

“Rusiya-Ukrayna müharibəsində cəbhə xətti sürətlə qərbə doğru genişlənir. NATO bu tendensiyanı dayandırmaq üçün rəsmi Kiyevə dəstək verməlidir”.

Bunu alyansın baş katibi Mark Rutte bugünkü brifinqdə deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas vəzifəsi döyüş meydanında Ukraynaya dəstəyi davam etdirmək və onun mövqeyini möhkəmləndirməkdir:

“Hesab edirik ki, Ukraynanın mövqeyinin möhkəmləndirilməsi məsələsində müttəfiqlərimiz də bizimlə eyni fikirdədir. Çünki hazırda cəbhə xətti sürətlə qərbə istiqamətlənib, bizim istədiyimiz kimi şərqə doğru yox. Biz rəsmi Kiyevin döyüş meydanındakı mövqeyinin güclü olduğunu hiss etməliyik. Əsas məsələ bu ölkəyə dəstək verilməsindən ibarətdir. Münaqişənin sülh yolu ilə həlli barədə isə sonra düşünmək olar. Ukraynalılar da bizimlə eyni fikirdədir”.