Cənubi Koreya Prezidenti barəsində istintaq başlayıb Dünya

Cənubi Koreya Prezidenti barəsində istintaq başlayıb

Cənubi Koreya polisi prezident Yun Sok Yol barəsində istintaqın başlandığını elan edib.

APA-nın yerli “Hankyoreh” qəzetinin saytına istinadən xəbərinə görə, o qeyri-qanuni olaraq ölkədə hərbi vəziyyət elan etməkdə ittiham olunur.

Polisin Milli İstintaq Qərargahının rəhbəri Yu Çon Su faktı təsdiqləyərək, hərtərəfli istintaqın aparılacağını qeyd edib.