Ukraynanın xarici dövlət borcu Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək Dünya

Ukraynanın xarici dövlət borcu Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək

Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair razılaşma imzalanıb.

APA-nın “Unian“a istinadən xəbərinə görə, bu barədə Ukraynanın Maliyyə Nazirliyindən bildirilib.

Sənədə əsasən, bu vəsaitdən Ukraynanın dövlət büdcəsinin artırılması üçün “G7 ERA” təşəbbüsü əsasında cəlb etdiyi xarici dövlət borcunun ödənilməsinə sərf olunacaq.