Əsəd artıq getməlidir - Politoloq Dünya

Əsəd artıq getməlidir - Politoloq

Suriyada davam edən proseslər göstərir ki, Əsəd rejimi artıq getməlidir. ABŞ dəstəkli güclərin də oyuna girməsi və ABŞ-ın bilavasitə Suriya ordusuna qarşı hava dəstəyi verməsi, Rusiyanın quru və dəniz bazalarının ərazilərdən çıxarılması Əsəd rejiminin gedəcəyinə işarədir.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, "Hizbullah" və İranın imkanlarının yox dərəcəsində olması Suriyada
Türkiyə və ABŞ dəstəkli güclərin Suriyanın yeni
hakimiyyətinin qurulmasında söz sahibi olacağı deməkdir:

"Amma əsas məsələ ABŞ-ın dəstək verdiyi kürd qruplaşmaların Türkiyə ilə qarşı-qarşıya gəlmə ehtimaldır. Ehtimal az da olsa, Türkiyənin Suriyadan alacağı ərazilər müqabilində Kürd dövləti qurulmasına razılıq verməsidir. Ancaq Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması tərəfdarıdır. Bu halda Türkiyənin kürd qruplaşmalarla son və qəti döyüşə girməsi qaçılmaz olacaq. Bu da ABŞ-la
qarşıdurma deməkdir.
Hesab edirəm ki, Türkiyə indiki məqamda qeyd edilənlər fonunda ABŞ-la qarşı-qarşıya gəlməyəcək. Suriyada kürd qruplaşmaları uzun müddətdir ABŞ dəstəyində var və ciddi güc kimi formalaşıb. Təbii ki, Türkiyə ilə müqayisə edilə bilməz, amma Türkiyə bu reallığı qəbul edirmiş kimi görünür. Odur ki, Suriyanın ən azı üç yerə bölünməsi ehtimalı böyükdür".

Cavid