Ərdoğan BMT Baş katibi ilə Suriyadaki vəziyyəti müzakirə edib Dünya

Ərdoğan BMT Baş katibi ilə Suriyadaki vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Xalqcebhesi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional və qlobal məsələlər, həmçinin Suriyadaki vəziyyət müzakirə olunub.

Ərdoğan Suriya münaqişəsinin həllinin yeni mərhələyə keçdiyini, Suriyanın daha böyük qeyri-sabitlik yaşamamasının və mülki əhali arasında itkilərə səbəb olmamasının Türkiyənin ən böyük arzusu olduğunu bildirib.

Bundan əlavə, ölkə başçısı bu mərhələdə Suriya hakimiyyətinin hərtərəfli siyasi həll üçün təcili olaraq xalqını iştirakının vacibliyini vurğulayıb.

Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq, siyasi proseslərə zəmin yaratmaq üçün səylər göstərdiyi də qarşı tərəfə bildirilib.