![Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub](https://xalqcebhesi.az/media/2024/12/26/225x136/676cff3a37c40676cff3a37c411735196474faff8301c12b2bca591bc55effdc0465.jpg)

Hizbullah hərəkatı terrorçularla (üsyançılar – red.) mübarizədə Suriya rəhbərliyinə dəstək verəcək.
Xalqcebhesi.az xəbər verir ki, Hizbullah baş katibi Naim Qasım deyib.
“Biz bu terror təcavüzünə müqavimət göstərmək üçün Suriyanın yanında olacağıq”, – Qasım deyib.
Onun sözlərinə görə, terrorçuların (üsyançılar – red) arxasında ABŞ-ın rəhbərlik etdiyi Qərb qüvvələri dayanır.
Qeyd edək ki, Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif döyüşçülərə qarşı əməliyyatlar keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar.