

18 Aprel 19:52
Suriya ordusu qüvvələrini Həma şəhərinin ətrafına yerləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qüvvələrin şəhər xaricində yerləşdirilməsi müvəqqəti taktiki tədbirdir.
Qeyd edək ki, bu gün “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını elan ediblər.