Əsəd son ümidini Rusiya və İrana bağlayıb Dünya

Əsəd son ümidini Rusiya və İrana bağlayıb

Suriyada Əsəd əleyhinə olan qüvvələr Şam şəhərinə yaxınlaşır. Həma şəhərinin təslim olmasına saatlar qalıb. Bundan sonra müxalif qüvvələr çox qısa müddətdə Şama girəcək.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, Bəşər Əsədin güclü müqavimət göstərəcəyinə inanmır: "Bundan sonra Türkiyə bölgədə istiqrarın yeganə qarantı olan ölkə olacaq. Kürd terror birləşmələri birdəfəlik məhv edilməlidir. İran bölgəyə buraxılmamalıdır. Suriya da zəngin neft ölkəsidir və neftə nəzarət bir əldə olmalıdır. Düşünürəm ki, Suriyada sülhün təmin olmasına Azərbaycan da öz töhfəsini verməlidir. Artlıq Türkiyədə ərəb qaçqınların geri qaytarılması ilə bağlı hazırlıqlar görülür. İstanbulda pasport rejimi həyata keçirilir.

Əsəd hazırda tör-töküntü qüvvələrlə müqavimət göstərir. Əsəd hələ də ümid edir kİ, son anda Rusiya və İran özünü yetirəcək....Yetirəcəkmi ..?".

Cavid