Zurabişvili növbədənkənar seçkilərin təyin olunmasını istəyir Dünya

Zurabişvili növbədənkənar seçkilərin təyin olunmasını istəyir

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, İrakli Kobaxidze vəzifəsindən getməli, 2 həftə ərzində isə növbədənkənar seçkilər təyin olunmalıdır.

İctimai Yayımçının efirində qonaq olan ölkə başçısı belə deyib.

Prezidentin sözlərinə görə, hazırda bu, yeganə çıxış yoludur.

"Baş nazir, hansı ki, böhranı həll edə bilmir və yalnız xalqa qarşı təhdidlərdən danışır, lakin siyasi kompromis axtarmaq barədə düşünmür, dəyişdirilməlidir. Bu baş nazir istefa verdiyi andan 2 həftə ərzində seçkilər təyin etməliyəm. Növbəti seçkilərin necə keçirilməsi razılaşdırılmalıdır. Bu, kompromisdir, bu, depolarizasiyadır, bu, ölkə üçün çıxış yoludur, bu, sabitlikdir, bu, sülhdür, bu, gələcəkdir. Bu gələcək möhkəm, azad və demokratik olacaq" , - deyib Salome Zurabişvili.

Cavid