İstanbul Təhlükəsizlik müdirindən duyğulu vida Dünya

İstanbul Təhlükəsizlik müdirindən duyğulu vida

Təqaüdə çıxan İstanbul İl Təhlükəsizlik müdiri Zəfər Aktaş komandasına və ailələrinə vida yeməyi verib. Məclisdə çıxış edən Z.Aktaş 4 ildən artıqdır İstanbulda çalışdığı “Qəhrəman həmkarlarım” adlandırdığı komandasına “Yol arkadaşlarım, can yoldaşlarım” deyə müraciət edərək, fədakar əməklərinə görə onlara təşəkkür edib.

Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadla bildirir ki, vida naharında polis rəisləri, onların həyat yoldaşları və uşaqları, polis əməkdaşları iştirak ediblər. Həmkarları Z.Aktaşa müxtəlif hədiyyələr veriblər. Dəvətə İstanbul Asayiş şöbə müdiri Şinasi Kaptanoğlu və həyat yoldaşı Müge Anlı da qatılıb. Türkiyənin “Sabah” qəzetinin polis müxbiri Əmir Somer də Z.Aktaşla vidalaşıb. Z.Aktaşın təqaüdə çıxması ilə EGM Kəşfiyyat Başçısı Selami Yıldız İstanbul İl Təhlükəsizlik müdiri təyin edilib.