Ukrayna ordusuna cəlb olunan 600 muzdlu axtatışa verilib Dünya

Ukrayna ordusuna cəlb olunan 600 muzdlu axtatışa verilib

800-dən çox xarici muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində münaqişədə iştirak etməkdə ittiham olunur, onlardan 600-dən çoxu axtarışdadır.

Bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

"Ukrayna tərəfində münaqişədə iştirak etmiş muzdluların məsuliyyətə cəlb edilməsi istiqamətində işlər gücləndirilib. Artıq 813 muzdluya qarşı təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarlar çıxarılıb, onlardan 600-dən çoxu axtarışa verilib. Əcnəbilərə qarşı 80 cinayət işi məhkəmələrə göndərilib”, - məlumatda deyilir.

Departament qeyd edib ki, bir həftə ərzində Kursk vilayətinə hücumda iştirak etmiş britaniyalı Skott Rays Andersona qarşı cinayət işi üzrə istintaq yekunlaşacaq.

Cavid