Narinin qətli ilə bağlı ömürlük həbs istənib Dünya

Narinin qətli ilə bağlı ömürlük həbs istənib

Avqustun 21-də Türkiyənin Diyarbəkir bölgəsində Mərkəzi Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən və sentyabrın 8-də dərədə cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı saxlanılan əmisi Səlim, anası Yüksel və böyük qardaşı Enes Güran və qonşuları Nevzat Bəxtiyar mühakimə olunur.

Xalqcəbhəsi.az xəbər verir ki, bununla bağlı Türkiyənin “posta.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, Narinin cinayət işi üzrə prokuror rəyini açıqlayıb. Türkiyəni sarsıdan cinayətlə əlaqədar 4 şübhəli üçün ağırlaşdırılmış ömürlük həbs istənib.

Qeyd edək ki, Narinin qətli ilə bağlı növbəti məhkəmə prosesi dekabrın 26-da keçiriləcək.