Rusiya nüvə silahından istifadə edəcək - Amerikalılar təşvişdə Dünya

Rusiya nüvə silahından istifadə edəcək - Amerikalılar təşvişdə

Amerikalıların 76 faizi Rusiyanın Ukraynaya qarşı nüvə silahı istifadə edə biləcəyindən ehtiyat edir.

Xalqcebhesi.az xəbər verir ki, bu, Ronald Reyqan İnstitutunun keçirdiyi sorğuda əks olunub.

Bundan əlavə, respondentlərin 70%-i Rusiyanın ABŞ-a nüvə hücumu həyata keçirə biləcəyindən narahatdır. Sorğu müəllifləri bildirir ki, bu, 2021-ci illə müqayisədə 10% daha çoxdur.

Ekspertlər hesab edir ki, soruğunun nəticələri ABŞ vətəndaşlarının Rusiya tərəfindən nüvə silahı tətbiqi riskinə dair narahatlığının artdığını göstərir.