Rusiyadan vətəndaşlarına Suriya çağırışı Dünya

Rusiyadan vətəndaşlarına Suriya çağırışı

Rusiyanın Dəməşqdəki səfirliyi: “Çətin hərbi və siyasi vəziyyətə görə, Suriyadakı rus vətəndaşlara ölkəni tərk etmək imkanlarının olduğunu xatırladırıq”.

Xalqcebhesi.az-ın Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbərinə görə, Suriyada Hələb və Həma şəhərlərində nəzarəti ələ keçirən müxalifətin irəliləməsi davam edir. Müxalifətlə rejim qüvvələri arasında baş verən qarşıdurmalara görə Rusiyanın Dəməşq səfirliyi bu ölkədə yaşayan vətəndaşları üçün açıqlama yayıb.

Səfirlikdən verilən açıqlamada Suriyadakı ağır hərbi və siyasi vəziyyətə görə Rusiya vətəndaşlarının mövcud hava limanları vasitəsilə ticari uçuşlarla ölkəni tərk edə biləcəkləri bildirilib.