Tramp artıq ölkəni faktiki olaraq idarə edir Dünya

Tramp artıq ölkəni faktiki olaraq idarə edir

NBC News mənbəyə istinadən xəbər verir ki, ABŞ prezident seçkilərinin qalibi Donald Tramp yanvarda andiçmə mərasiminin gözlənilməsinə baxmayaraq, artıq ölkəni faktiki olaraq idarə edir.

Məsələn, Tramp Kanada və Meksikanı miqrasiya və narkotik ticarəti ilə bağlı problemlərə görə yüksək tariflərlə hədələdi, həmçinin Fələstin HƏMAS hərəkatının girovları azad etmədiyi təqdirdə “yüksək qiymət” ödəyəcəyini vəd etdi.

Bundan əlavə, Tramp bəyan edib ki, BRİKS ölkələri dollara alternativ yaratmaq planlarından əl çəkməsələr, ABŞ onlara böyük tariflər tətbiq edəcək.

Eyni zamanda, müşahidəçilər qeyd ediblər ki, Trampın BRİKS-ə təzyiq etməklə de-dollarizasiyanı dayandırmaq cəhdləri əks effektə gətirib çıxara bilər: ölkələr birgə dollara alternativ axtarmağa başlayacaqlar.

Trampın andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılır.

Cavid