

18 Aprel 19:52
Litva, Latviya və Estoniya prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviç və Alar Karis Gürcüstana birgə səfər edə bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb .
Səfərin konkret tarixi bəlli olmasa da, bu ay baş tutacağı gözlənilir. Bundan əlavə, Polşa Prezidenti Andjey Dudanın da səfəri eyni vaxtda gündəmdədir.