ABŞ-la birbaşa qarşıdurma qaçılmaz deyil - Ryabkov Dünya

ABŞ-la birbaşa qarşıdurma qaçılmaz deyil - Ryabkov

Rusiya NATO ilə birbaşa hərbi qarşıdurmanın qarşısını almaq istəyir. ABŞ və müttəfiqlərinin münaqişəni gərginləşdirmək üçün atdığı addımlar isə təhlükəli nəticələrə gətirib çıxarır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Əlbəttə ki, belə bir ssenari qaçılmaz deyil, ABŞ və alyansın digər üzvlərinin Ukrayna böhranını daha da gərginləşdirmək üçün praktiki addımları məhz bu istiqamətə aparır. Ölkəmizi “strateji məğlubiyyətə” uğratmaq şüarları altında Rusiyanın təhlükəsizliyini köklü şəkildə sarsıtmağa yönəlmiş addımlara başqa cür qiymət vermək mümkün deyil", - Ryabkov bildirib.