“Oreşnik” Qərbin addımına cavabdır - Belarus Dünya

“Oreşnik” Qərbin addımına cavabdır - Belarus

Rusiyanın “Oreşnik” kompleksinin Belarus ərazisində yerləşdirilməsi qərarı Almaniya və ABŞ-ın Avropada orta mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı addımlarına cavabdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Sergey Laqodyuk deyib.

“Baş komandan tapşırıq verib ki, Belarusun hərbi-sənaye kompleksi rusiyalı mütəxəssislərlə birlikdə bu silahların hazırlanmasını təmin etsin”, - Laqodyuk bildirib.