

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
20:43
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun dəvətilə Notr-Dam kilsəsinin təntənəli açılış mərasimində iştirak etmək üçün Fransaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Yelisey sarayında Donald Tramp və fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilib. Daha sonra sonra onlara Ukrayna Prezidenti Vladimir Zelenski də qoşulub.
Görüş zamanı Tramp Ukraynadakı müharibəni tez bir zamanda bitirəcəyini vəd etsə də, bunun necə olacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, Tramp Parisə 5 il əvvəl dağıdıcı yanğın nəticəsində ciddi ziyan dəymiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün gəliblər.