Dəməşqdə elə müdafiə yaratmışıq ki... - Əsədin general Dünya

Dəməşqdə elə müdafiə yaratmışıq ki... - Əsədin general

Dəməşqin ətrafında olduqca güclü təhlükəsizlik çəmbəri yaratmışıq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Suriya daxili işlər naziri, general Məhəmməd Xalid ər-Rahman deyib.

“Heç bir qüvvə bu çəmbəri keçə bilməz”, - nazir bildirib.

Qeyd edək ki, Suriyada silahlı müxalifətin noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda irəliləyiş davam edir. Bir neçə gün ərzində kritik şəhərləri tutmağı bacaran müxalifət paytaxt Dəməşqə çatıb. Artıq silahlı müxalif qruplar cənubdan Dəməşqə daxil olmağa başlayıb.