

23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
"Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir".
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: "Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur".
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur: "Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır".