Putin KTMT ölkələrinin rəhbərlərini Moskvaya dəvət etdi Dünya

Putin KTMT ölkələrinin rəhbərlərini Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərlərini və hərbi heyətlərini 2025-ci ildə Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parada dəvət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Putin özü açıqlama verib.

“Biz, əlbəttə ki, 2025-ci il mayın 9-da KTMT-yə üzv ölkələrin liderlərini Moskvada gözləyirik. Bundan əlavə, biz sizin ölkələrinizin hərbi ekipajlarını Rusiya hərbçiləri ilə birlikdə Qızıl Meydandakı paradda iştirak etməyə dəvət edirik", - Putin KTMT ölkələrinin parlament rəhbərləri ilə görüşdə deyib .

Rusiya lideri KTMT dövlətlərinin tarixi həqiqətlərin qorunması istiqamətində fəaliyyətinin vacibliyini qeyd edib.