

18 Aprel 19:52
Danimarka və Norveç hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxılmasını dayandırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Franss Press" agentliyi məlumat yayıb.
Danimarka Qaçqınlar Şurası ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan olan insanların işlərinə baxılmasını dayandırmaq qərarına gəldiyini bildirib.
Agentlik vurğulayıb ki, Norveç də vəziyyət sabitləşənə qədər suriyalı qaçqınların işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.