

23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
Suriyanın silahlı müxalifət əvvəllər hərbi xidmətə çağırılmış bütün suriyalıların təhlükəsizliyinə zəmanət verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlı birləşmələrin rəhbər orqanı - red.) Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, idarə məcburi xidmətə çağırılan əsgərlər üçün ümumi amnistiya elan edib:
"Onların həyatları təhlükəsizdir və onlara hücum etmək qadağandır”.
Qeyd edək ki, ötən gün "Təhrir əş-Şam" Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib.