

18 Aprel 19:52
Koreya Respublikasının sabiq müdafiə naziri Kim Yon Hyun həbsxanada intihara cəhd edib.
Bu haqda Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə hazırda sabiq müdafiə nazirinin səhhəti normaldır.
Qeyd edək ki, sabiq nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir.
Koreyada bu əməllər ömürlük azadlıqdan məhrum etmə və ya ölüm hökmü ilə cəzalandırılır.