Rəsmi Moskva İsrailin Suriyaya zərbələr endirməsinə münasibət bildirib Dünya

Rəsmi Moskva İsrailin Suriyaya zərbələr endirməsinə münasibət bildirib

İsrailin Qolan Təpələri bufer zonasında fəaliyyətləri çətin ki, onsuz da qeyri-sabit olan Suriyada vəziyyətin sabitləşməsinə kömək etsin.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsrailin Suriyaya zərbələrə endirməsinə münasibət bildirərkən deyib.

“Artıq deyilənlərə əlavə edəcəyim heç nə yoxdur, əlbəttə ki, Qolan təpələri bölgəsində, bufer zonada zərbələr endirməklə, İsrailin onsuz da sabitliyi pozulmuş Suriyada vəziyyətin sabitləşməsinə töhfə verəcəyi ehtimalı azdır”, - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.