Duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib Dünya

Duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib

Rusiya Dövlət Dumasında rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinə baxılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.

Qanun lehinə 409 deputat, əleyhinə isə bir deputat səs verib.

Rus dili bilikləri olmayan miqrant uşaqlarının məktəblərə qəbuluna qadağa qoyan qanunun əleyhinə səs verən deputatın Vahid Rusiya partiyasından olan ermənipərəst Konstantin Zatulin olduğu məlum olub